Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi keçirilir - YENİLƏNİR - FOTOLAR

Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Binə Atçılıq Mərkəzində ölkəmizin ənənəvi milli idman növlərindən biri olan Çövkən oyununa həsr olunmuş Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi keçirilir. SİA xəbər verir ki, bu gün Peşəkar Çövkən Liqasının 1-ci turunun ilk 2 oyunu keçirilir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının mövsüm ərzində çempionluq uğrunda mübarizəsi olacaq. Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında iki maraqlı oyun da var. Keçiriləcək oyunlar püşkatma əsasında müəyyən edilib. Püşk nəticəsində ilk turda qarşılaşacaq cütlüklər bunlardır:

"Sərhədçi" - "Ağstafa Dilbaz"

"Polad" - "Zəfər"

"Ömər" - "Embavud"

"Elit" - "Köhlən"

"Şirvan" - "Qarabağ"

Liqanın 1-ci turunun qalan 3 oyunu isə 22 may 14:00 tarixdə eyni məkanda davam edəcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə