Dünyanın ən uzun penaltilər seriyası qeydə alındı

Dünyanın ən uzun penaltilər seriyası qeydə alındı

İsrailin “Dimona” və “Şimşon Təl-Əviv” klubları arasında rekord qeydə alınıb. SİA xəbər verir ki, ikinci diviziona yüksəlmək üçün mübarizə aparan klublar matç heç-heçə bitincə 56 dəfə penatilərdən istifadə ediblər.

2:2 başa çatan qarşılaşmanın ardından qalib 11 metrlik zərbələrlə müəyyən edilib. Burada 23:22 hesablı qələbə qazanan “Dimona” ikinci liqaya yüksəlib.

Qeyd edək ki, indiyə qədər ən uzun penaltilər seriyası Namibiya liqasında “Palas” və “Sviks” arasında olmuşdu. 2005-ci ildə keçirilən oyunda tərəflər 48 dəfə penalty yerinə yetirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə