NBA-da yarımfinalçılar bəlli olub

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinalçılar bəlli olub. SİA-nın məlumatına görə, bu gün "Minnesota" "Denver"ə qalib gəlməklə (98:90) ümümi hesabı 4:3 edib.

Komanda finala gedən yolda "Dallas"la üz-üzə gələcək.

Digər yarımfinal cütündə isə "İndiana" və "Boston" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu raundun qarşılaşmaları mayın 22-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə