Fatih Terim Yunanıstan klubundan ayrıldı - FOTO

Fatih Terim Yunanıstan klubundan ayrıldı - FOTO

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim “Panatinaikos”la yollarını ayırıb. SİA xəbər verir ki, 70 yaşlı F.Terim öz “Instagram” səhifəsində Yunanıstan klubundan istefa verdiyini qeyd edib.

Təcrübəli çalışdırıcı vurğulayıb ki, onun 2024-25-ci illər üçün nəzərdə tutduğu plan klub rəhbərliyinin fikirləri ilə üst-üstə düşməyib.

“Dünən rəhbərliklə bir araya gəldik və vəziyyəti qiymətləndirdik. Nəticədə peşəkar əlaqələrimizin davam etməməsinə qərar verildi”, - F.Terim qeyd edib.

Öz növbəsində “Panatinaikos” klubu da türkiyəli məşqçi ilə yolların ayrıldığına dair paylaşım edib.

Bütün xəbərlər Facebook səhifəmizdə