"Traktor" yarımfinala yüksələ bilmədi

"Traktor" yarımfinala yüksələ bilmədi

İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" bu mərhələdə doğma meydanda "Mes Rafsanjan"la üz-üzə gəlib.

Qarşılaşmanın əsas hissəsində qapılara qol vurulmayıb. Oyunun taleyinə əlavə vaxtda aydınlıq gəlib. Görüşün 92-ci dəqiqəsində təbrizlilər topu qapıdan çıxarmalı olublar (0:1). Matçın davamında başqa qol olmayıb və "Traktor" bu mərhələdə mübarizəni dayandıraraq yarımfinaldan kənarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə