“Xəzri” final seriyasının ilk oyununda “Sabah”a qalib gəlib

“Xəzri” final seriyasının ilk oyununda “Sabah”a qalib gəlib

Bu gün basketbol üzrə Azərbaycan çempionatında final seriyasının ilk oyununa start verilib.

SİA xəbər verir ki, həlledici qarşılaşmada “Sabah” və “Xəzri” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində reallaşan görüş ikincilərin 95:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Seriyanın ikinci qarşılaşması mayın 19-da, üçüncü oyunu isə 22-də olacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, 4-cü və 5-ci matçlara ehtiyac duyulacaq.

Qeyd edək ki, “Sabah” yarımfinalda “Xırdalan”ı, “Xəzri” isə “NTD-İndiqo”nu mübarizədən kənarlaşdırıb. Ötən gün 3-cü yer uğrunda ilk oyunda “NTD-İndiqo” “Xırdalan”ı 95:79 hesabı ilə məğlub edib. Bu komandaların ikinci dueli mayın 18-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə