Serbiyalı mütəxəssis Deyan Stankoviç Moskva "Spartak"ının baş məşqçisi olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, təyinat barədə klubun saytında məlumat verilib.
Stankoviç 2024/2025 mövsümündən vəzifəsinin icrasına başlayacaq. Hazırda baş məşqçi kimi fəaliyyət göstərən Vladimir Slişkoviç məşqçilər korpusunda fəaliyyətini davam etdirəcək.
Aprelin 14-də Qilyermo Abaskal "Spartak"ın baş məşqçisi vəzifəsindən azad edilib. O, 2022-ci ilin yayından “qırmızı-ağlar”la çalışırdı.
2022/2023 mövsümündə onun rəhbərlik etdiyi komanda Rusiya çempionatının bürünc mükafatçısı olub.
Cari ölkə çempionatının 23 turundan sonra "Spartak" 46 xalla 5-ci pillədə qərarlaşıb. Komanda lider Moskva “Dinamo”sundan 7 xal geri qalır. “Qırmızı-ağlar” yarımfinalda “Baltika Kalininqrad”a uduzaraq Rusiya kubokundan kənarlaşdırılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB