Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
Azərbaycanın Paraatletləri Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaq. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 17-25 may tarixi aralığında baş tutacaq yarışda ölkəni Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcəklər.
Qeyd edək ki, milli komandamız yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB