“Bavariya” klubundan gözlənilməz QƏRAR

“Bavariya” klubu baş məşqçi axtarışlarını dayandırıb. SİA xəbər verir ki, buna səbəb Almaniya klubunun Tomas Tuxel ilə yola davam etmək istəməsi olub.

Almaniya mediasında yayılan xəbərlərə görə, Manuel Noyer və digər futbolçular baş məşqçinin komandada qalması üçün klub rəsmiləri ilə görüşüblər.

Qeyd edək ki, “Bavariya” rəsmiləri daha öncə Tomas Tuxellə yolları ayırmaq istədiklərini bildirmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə