Qrizmanın het-triki “Atletiko”ya qələbə qazandırdı

İspaniya La Liqasının 36-cı turunda Madrid “Atletiko”su “Hetafe”nin qonağı olub. SİA xəbər verir ki, paytaxt komandası ev sahiblərinin qapısından üç cavabsız top keçirib - 0:3.

Gecənin ulduzu Antuan Qrizman olub. O, het-trikə imza atmaqla komandasının qələbəsinə böyük töhfə verib.

Hazırda “Atletiko” 73 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda artıq növbəti mövsümdə Çempionlar Liqasında çıxışını təmin edib. “Hetafe” isə 43 xalla 10-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə