"France Football" jurnalı "Barselona" klubunun futbolçusu Robert Levandovskiyə 2020-ci il mövsümü üçün "Qızıl top" mükafatı təqdim edə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
2020-ci ildə koronavirus pandemiyası səbəbindən "Qızıl top" verilməyib. Qrumun rəhbərliyi isə ictimaiyyət qarşısında nüfuzunu itirməmək üçün bu addımı atmaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, həmin mövsüm Levandovski 47 matçda 55 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB