Azərbaycanın futbol millisinin baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli oldu
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli olub. Bu barədə SİA-ya AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib.
Onun sözlərinə görə, yığmada baş məşqçi məsələsi iyunun əvvəlində dəqiqləşəcək.
“Həmin vaxt iclasımız gerçəkləşəcək. Toplantıda hər şeyə aydınlıq gələcək”, - deyə Səməd Qurbanov vurğulayıb.
Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB