Renat Dadaşov Superliqada vurduğu qələbə qolunu Hataya həsr edib Renat Dadaşov Superliqada vurduğu qələbə qolunu Hataya həsr edib

Renat Dadaşov Superliqada vurduğu qələbə qolunu Hataya həsr edib Renat Dadaşov Superliqada vurduğu qələbə qolunu Hataya həsr edib

Bu, Hatay üçündür. SİA xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

"Hatayspor"da çıxış edən 24 yaşlı hücumçu Türkiyə Superliqasının XXXVI turunda, "Ankaragücü" ilə oyunun 90-cı dəqiqəsində fərqlənərək qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Hatay təmsilçisi 37 xalla 18-ci pillədə qərarlaşıb. Komanda şəhərdəki zəlzələdən sonra ev oyunlarını Mersində keçirir. Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə