Məşqçiləri rus və ya belarus olan ölkələr...məsuliyyət daşıyacaqlar

Məşqçiləri rus və ya belarus olan ölkələr...məsuliyyət daşıyacaqlar

...Bu yay Parisdə keçiriləcək Olimpiya Oyunlarında öz komandaları üçün rus və ya belaruslu məşqçiləri akkreditasiya etmək qərarına gələn ölkələrin milli komandaları buna görə məsuliyyət daşıyacaqlar.

SİA TASS-a istinadən xəbər verir ki, bu xəbərdarlıqla BOK-un nümayəndələri çıxış ediblər.

...Amma komandaları konkret olaraq nəyin təhdid etdiyi komitə tərəfindən açıqlanmayıb.

Onlar həmçinin digər milli komandalarda çalışan rusların Olimpiadadan əvvəl xüsusi sınaqdan keçib-keçməyəcəyini dəqiqləşdirməyiblər.

RBC-nin məlumatına görə, məsələn, 2022-ci ildən bədii gimnastika üzrə Çin yığmasını çalışdıran rusiyalı məşqçi, ikiqat olimpiya çempionu Anastasiya Bliznyuk var.

...Xatırladaq ki, Rusiya idmançıları Paris Olimpiadasında yalnız neytral statusda iştirak edə biləcəklər.

Onlar təhlükəsizlik qüvvələri ilə əlaqələndirilməməli və xüsusi hərbi əməliyyatı dəstəkləməməlidirlər.

...Və bir daha xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə