Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

Mayın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti turun daha iki oyunu keçirilib.

SİA xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Sabah”ı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Qəbələ”nin heyətində Allaş və Bauque fərqləniblər.

Bu məğlubiyyətlə “Sabah” avrokuboklar yolunda mübarizədə ciddi zərbə alıb. Belə ki, aktivində 52 xal olan “Sabah” 5-ci pillədə qərarlaşıb. “Qəbələ” isə 23 xalla sonuncudur.

Günün ikinci matçı Sumqayıtda oynanılıb. Burada “Gənclər şəhəri”nin təmsilçisi “Səbail”i qəbul edib. Oyunda sevinən tərəf meydan sahibləri olub. Rəqiblərinə 2:1 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə