Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarşışında bürünc medal qazanıblar. SİA-nın məlumatına görə, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yerə sahib çıxıblar.
Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB