Akrobatika gimnastlarımız beynəlxalq turnirdə qızıl medal əldə ediblər
Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Acro Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, yığmanın heyətində Zəhra Rəşidova, Anahita Başiri və Nəzrin Zeyniyeva qadın qrupları arasında çoxnövçülük proqramında buna nail olublar.
Ötən gün start götürən yarışa mayın 12-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB