Basketbol Liqasının yarımfinalında daha bir oyun keçiriləcək

Basketbol Liqasının yarımfinalında daha bir oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək. SİA xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "NTD-İndiqo" arasında ikinci oyun baş tutacaq.

Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Xəzri"nin 63:61 hesablı qələbəsi ilə başa çatıb. "NTD-İndiqo" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə "Xırdalan" ilə "Sabah" komandaları qarşılaşıb. Mayın 10-da baş tutan matçda 81:62 hesablı qələbə qazanan ikincilər finala yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə