Seksual idmançıdan gözlənilməz qərar

Məşhur italyan tennisçi Kamila Ciorci gözlənilməz qərar verib. SİA xəbər verir ki, o, 32 yaşında peşəkar karyerasını bitirib. İdmançı bununla bağlı hələlik heç bir açıqlama verilməyib. Bununla belə, Kamilanın adı Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) saytında karyerasını bitirən tennisçilər bölməsində görünüb. Ciorcinin təqaüdə çıxma tarixi mayın 7-ə qeyd olunub. Onun karyerasında əsas uğur 2021-ci ildə Monrealda keçirilən nüfuzlu WTA 1000 turnirində qalib gəlməsidir.

Ümumilikdə, karyerası ərzində ən seksual tennisçilərindən biri hesab edilən italyan raketka ustası 4 WTA turnirinin qalibi olub. Kamilla Ciorcinin Böyük Dəbilqə turnirində ən yaxşı nəticəsi “Uimbldon 2018”-də 1/4 final olub. Həmin ilin oktyabrında Kamila WTA reytinqində 26-cı yerə yüksəlib. Bu, onun şəxsi rekordudur.

Bütün xəbərlər Facebook səhifəmizdə