"Sumqayıt" Premyer Liqada rekordunu təkrarlayıb

“Sumqayıt” Azərbaycan Premyer Liqasında öz rekordunu təkrarlayıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi 2023/2024 mövsümündə 12 heç-heçə etməklə buna nail olub.

2015/2016 mövsümündə də sumqayıtlılar 12 "sülh"ə imza atıb.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/2010, “Bakı” 2012/2013, “Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.

Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə