“Forsaj11”in premyerası təxirə salındı

“Forsaj11”in premyerasını yaxın gələcəkdə gözləməyə dəyməz. Film 2026-cı ilə təxirə salınıb. SİA xəbər verir ki, əvvəllər döyüş filminin 2025-ci ilin aprelində böyük ekranlara çıxacağı gözlənilirdi.

Filmin çəkilişlərinin yalnız gələn ilin əvvəlində başlayacağı bildirib. Yayda rejissor kiçik bir qorxu filmi üzərində işləyəcək, lakin sentyabrda işini bitirəcək.

Hazırda Kristina Hodson və Oren Uzil filmin 11-ci hissəsinin süjeti üzərində işləyirlər. Ekran əsəri franşizadakı 10-cu filmin birbaşa davamı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə