Azərbaycan avarçəkənləri “Prezident kuboku" beynəlxalq reqatasında 8-ci medalını qazanıb
Azərbaycan millisi Mingəçevirdə keçirilən "Prezident kuboku" beynəlxalq reqatasında 8-ci medalını qazanıb. SİA xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Məhəmməd Həsənov-Rau Şamilov cütlüyü üçüncü yeri tutublar.
İdmançılarımız 2010-2011 təvəllüdlü yarışmaçılar arasında 1000 metr məsafəyə akademik avarçəkmə yarışında bürünc medala yiyələniblər.
Qeyd edək ki, “Prezident kuboku-2024” reqatasına bu gün yekun vurulacaq.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB