Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb
Azərbaycan millisi Mingəçevirdə keçirilən "Prezident kuboku" beynəlxalq reqatasında daha bir medal qazanıb. SİA xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Fariz Babayev-Nurlan Paşayev cütlüyü üçüncü yeri tutublar.
Onlar 2006-2007 təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə akademik avarçəkmə yarışında bürünc medala yiyələniblər.
Qeyd edək ki, “Prezident kuboku-2024” reqatasına bu gün yekun vurulacaq.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB