“İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq“ - Fərid Qayıbov
“Prezident kuboku-2024” beynəlxalq reqatda ölkələrin sayının artması ürəkaçan faktdır. Belə olanda mübarizə də artır. Federasiyanı təşkilatçılığa görə təbrik edirəm. Hər zaman olduğu kimi yüksək səviyyədə təşkil edilir. Bu cür yarışlar idmançıların hazırlıq səviyyələrinin arıtırılması baxımından vacib faktdır. Artıq bizim avarçəkmə üzrə idmançımızda Olimpiyadaya lisenziya əldə edib. Mən inanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq. Burada iştirak edən iştirakçıların sayınında növbəti ildə daha da çox olacağına ümid edirəm. Nəinki Mingəçevirdə həmçinin paytaxta bu idman növünün bir bölməsi açılıb. Planda digər region və şəhərlərimizdə də kanoe və avarçəkmə üzrə bölmələrin açılması nəzərdə tutulub”. SİA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Fərid Qayıbov həmçinin “Paris 2024” Yay Olimpiya Oyunlarına Azərbaycan millisinin 18 lisenziya ilə yollanmasına münasibət bildirib: “Təbii ki, çoxda ola bilərdi. Üç və ya dörd lisenziya artıq ola bilərdi. Amma yenə də idmançılarımız mübarizə aparırlar. Bir neçə idman növündə proses gedir və bu bir ay ərzində tamamlanacaq. İdmançılarımıza fürsətdən istifadə edərək, uğurlar arzulayıram. Biraz çətindir. İdmanımızda da müəyyən proseslər gedirdi. Bu yeni nəslin gəlməsi ilə bağlıdır. Yerli idmançılarımız çoxalır. İnanıram ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB