"Prezident kuboku" beynəlxalq reqatasında daha bir medal qazanıb

"Prezident kuboku" beynəlxalq reqatasında daha bir medal qazanıb

Azərbaycan millisi Mingəçevirdə keçirilən "Prezident kuboku" beynəlxalq reqatasında daha bir medal qazanıb. SİA xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Qiyas Əhmədov - Vacib Babayev cütlüyü ikinci yeri tutublar.
Onlar 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medala yiyələniblər.

Qeyd edək ki, “Prezident kuboku-2024” reqatasına bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə