"Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

Azərbaycan Basketbol Liqasında növbəti pley-off oyunu baş tutub.

SİA xəbər verir ki, 1/4 final mərhələsində "Neftçi" və "Xırdalan" komandaları arasında seriyanın ikinci oyunu keçirilib. Görüş ikincilərin 76:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, "Xırdalan" seriyada 2-0 hesablı qələbə qazanaraq yarımfinalda "Sabah"ın rəqibi olub.

Qeyd edək ki, yarımfinal mərhələsində ilk oyun mayın 7-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə