"O, başqaları kimi deyildi"

"Yuventus"un əfsanəvi müdafiəçisi Corcio Kyellini Kriştianu Ronaldu ilə birlikdə oynaması ilə bağlı xatirələrini bölüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, "The BSMT" nəşrinə açıqlama verib:

“Yuventus"un onunla birlikdə heyətdə kapitanı olmaq mənim üçün böyük şərəf idi, unikal fürsət idi. Onun oyununu qiymətləndirmək imkanım oldu, əcnəbi futbolçudu, amma komandaya yaxşı uyğunlaşdı.

O, başqaları kimi deyildi. O, bədəninə və hazırlığına xüsusi qayğı göstərirdi. Qol vurmaq və qalib gəlmək istəyirdi, çətin matçlardakı xarizması məni heyran edirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə