“Çətinliklə də olsa, bugünkü yarışda üçüncü yerin sahibi olduq“ - Qiyas Əhmədov

“Çətinliklə də olsa, bugünkü yarışda üçüncü yerin sahibi olduq. Növbəti yarışlarda daha yaxşı nəticə əldə etməyi hədəfləyirik”. SİA xəbər verir ki, bu sözləri2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə kayak yarışında üçüncü yerin sahibi Qiyas Əhmədov-Vacib Babayev cütünün qalibi Qiyas Əhmədov jurnalistlərə açıqlamasında deyib.
“Rəqiblərimiz çox güclü idi. Bu elə bir yarışdır ki, kim daha çox məşq edirsə, o qalib olur. Məşqlərimizin sayını daha da artıracağıq. Ümid edirik ki, hər şey daha yaxşı olacaq”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə