UEFA Konfrans Liqası: Yarımfinal mərhələsinin ilk görüşləri oynanılacaq

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək. SİA xəbər verir ki, əvvəlki mərhələdə Fransanın "Lill" kollektivini mübarizədən kənarlaşdıran "Aston Villa" "Fənərbağça"nı üstələyən "Olimpiakos"u qəbul edəcək.

Gecənin digər oyununda ötən ilin finalçısı "Fiorentina" İtaliyada Belçika təmsilçisi "Brügge"ni sınağa çəkəcək.

Hər iki oyun saat 23:00-da başlayacaq.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyunlar

2 may

23:00. "Aston Villa" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

"Villa Park" stadionu

23:00. "Fiorentina" (İtaliya) - "Brügge" (Belçika)

"Artemio Franki" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə