“Beşiktaş” 15 milyon avroluq təklifi qəbul etmədi

“Beşiktaş” klubu 15 milyon avroluq transfer təklifini geri çevirib. SİA xəbər verir ki, məlumata görə, İngiltərənin “Fulhem” klubu “qara qartallar”ın 18 yaşlı hücumçusu Semih Kılıçsoy üçün 15 milyon avro təklif edib.

“Beşiktaş” rəsmiləri isə gənc hücumçunun keçidi üçün minimum 20 milyon avro gözlədiklərini bildiriblər.

Qeyd edək ki, Türkiyə mediası “Barselona” və “Roma” klublarının da Semih Kılıçsoyla maraqlandıqlarını paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə