“Füzulidə “Prezident Kuboku” beynəlxalq reqatasının keçirilməsi planlaşdırılır” - Baş katib

“Füzulidə “Prezident Kuboku” beynəlxalq reqatasının keçirilməsi planlaşdırılır”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev Suqovuşanda “Prezident Kuboku 2024” beynəlxalq reqatasının açılış mərasimində deyib.

Qurum rəsmisi bildirib ki, bu qarşıdakı planda nəzərdə tutulub: “Bununla bağlı Füzuli su hövzəsinə baxış keçiriləcək. Xaricdən bununla bağlı mütəxəssislə birlikdə hövzəyə baxılacaq. Təbii ki, bütün proseslər yekunlaşdırdıqdan sonra bu yarışımızı orda da keçirdəcəyik”.

Neftçalada yerləşən su hövzəsi ilə bağlı məlumat verən Əliyev bildirib ki, orada da müəyyən məşqlərin keçirilməsi planlaşdırılır: “Neftçalada yerləşən su hövzəsində heç bir problem yoxdur. Lakin oradakı su hövzəsində axıntı müəyyən hissədə dayanır və davamlı şəkildə getmir. Sovet dönəmində isə orada elə bir su idi ki, gedib həmin ətrsfı dairə etmək olurdu. Bu da bizim üşün önəmli idi. Lakin burada həmin məsafə az olduğundan orada yarışların keçirilməsi mümkün deyil”.

“Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə danışan baş katib artıq bunun 3-cü dəfə baş tutduğunu deyib: “Reqatamızda birinci dəfə 5, ikinci dəfə 17 ölkə iştirak edirdisə reqatada bu dəfə artıq 21 ölkə bizim yarışımıza qoşulub. Biz burada əsasən nəticə göstərən idmançıları cəlb edirik. İnanırıq ki, idmançılarımız bu yarışda yaxşı nəticə göstərəcəklər”

Azərbaycanın akademik avarçəkməni Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazamasına münasibət bildirən Fərhad Əliyev bildirib ki, avarçəkmə texniki idman növü olduğu üçün burada hər bir amil təsir edir: “Misal olaraq su, hava və s. kimi faktorlar. Yarış günüdə kadrlara nəzər yetirsəniz şahid olarsız ki, külək o qədər çox idi ki, yaranan dalğalar birbaşa yarışa təsir etdi. Onun sahil avarçəkməsində də yaxşı nəticələri olduğu üçün biraz onun üçün avantaj yarandı. Bu məsafənidə keçmək onda çoxda problem yaratmadı”.

O, Həkəri və Sərsəng su hövzəsində əsasən ali idman növlərinin təşkili həyata keçirilir: “Amma biz yenədə kanoe və avarçəkmə üzrədə yarışlar təşkil edirik. Ötən il yayda da biz Qəbələdə də müəyyən məşqlər keçdik, mütəxəssislər aparmışdıq. Amma sözü gedən su hövzəsindən yay aylarında istifadə edilir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə