“Prezident Kuboku 2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə təşkil olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatasının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Suqovuşanda baş tutan tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, baş katib Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov iştirak edib.

“Prezident Kuboku 2024”beynəlxalq reqata Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub.
Mərasimdə öncə Dövlət Himni səsləndirilib. Daha sonra yarışda iştirak edəcək komandalar iştirakçılara təqdim edilib.

Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov hər kəsi salamlayaraq, bütün iştirakçılara uğurlar arzulayıb: “Prezident Kuboku 2024” beynəlxalq reqatasında 21 ölkədən 30 a yaxın ölkə iştirak edir. Bu isə bu yarış tarixində rekord nəticədir. Öncə qeyd olunduğu kimi akademik avarçəkmə üzrə Paris 2024 Olimpiya Oyunlarına lisenziyanı təqdim etdik. Bu bizim üçün böyük bir nəticədir. Avarçəkmə üzrə son lisenziyamı 2016-ci ilfə əldə olunub. Bu səbəbdən bu il əldə olunan lisenziya böyük uğurdur. Bu səbəbdən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hər bir əməkdaşına dərin təşəkkürlərimizi bildiririk”.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev “Prezidejt Kuboku 2024” yarışının ənənəvi olaraq bu ildə Suqovuşanda start verildiyini vurğulayıb: “Yarışlarımız mayın 2-3 tarixlərində Mingəçevirdə baş tutacaq. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan yarışda xeyli sayda komanda iştirak edir. İnanırıq ki, 3 gün ərzində maraqlı mübarizə izləyəcəyik. Bütün komandalara uğurlar arzuıayıram”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 44 günlük Vətən mühribəsi dövründə ilk azad olunan ərazilərdən biri Suqovuşan olub və ilk yarışda məhz burada baş tutub: “İki il öncə təkcə bir neçə ölkənin iştirakı ilə baş tutan yarışda bu gün böyük bir heyət mübarizə aparacaq. Mən ümid edirəm ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu reqata gələn illərdə də uğurla keçiriləcək və iştirakçı sayı artacaqdır. İki ay yarımdan sonra Parisda növbəti Yay Olimpiya Oyunları baş tutacaq. Mən bizim Avarçəkmə Federasiyasının Olimpiya Oyunlarına lisenziya qazanmaq münasibəti ilə təbrik edirəm. Burada iştirak edən ölkələrin iştirakçılarına gələn Olimpiya Oyunlarına öz ölkələrini təmsil etməyi arzulayıram. Bu yarışı açıq elan edirəm”.

4 gün davam edəcək marafonda 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

Qeyd edək ki, Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə