Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı

Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının bu gün açıqladığı reytinq cədvəlinə əsasən, Edi Reski Dviçao və Keyşə Fatimə Zəhra Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıblar. Dviçao reytinqdə 28-ci, Zəhra isə 31-ci yerdə qərarlaşıb.

Bununla da Azərbaycanın Olimpiya lisenziyalarının sayı 20-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə