“İnter” Çalhanoğlunun dublu ilə qalib gəlib

İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, artıq çempionluğu dəqiqləşən “İnter” doğma arenada mövsümü orta səviyyədə keçirən “Torino” ilə üz-üzə gəlib.

Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. Belə ki, 49-cu dəqiqədə qonaqlar azlıqda qalıblar. Say üstünlüyündən yararlanan Milan klubu 4 dəqiqə ərzində iki qol vuraraq qarşılaşmanın gedişatını müəyyənləşdirib.

56-cı dəqiqədə “İnter”in türkiyəli futbolçusu Çalhanoğlu hesabı açıb. 60-cı dəqiqədə o, penaltini dəqiq yerinə yetirib.

Beləliklə də, “İnter” sona iki tur qala xallarını 89-a çatdırıb və ikinci yerdəki “Milan”dan 19 xal irəlidədir. “Torino” isə 46 xalla 10-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə