"Qəbələ"nin futbolçusu əməliyyat olunub

"Qəbələ" klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub. Bu barədə SİA-ya "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.

Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə