Dünən, aprelin 23-də “Yuventus” İtaliya Kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda finala yüksəlib (3:2). SİA xəbər verir ki, həlledici görüşdə Massimiliano Alleqrinin komandası “Fiorentina” - “Atalanta” cütünün qalibi ilə qarşılaşacaq.
Beləliklə, “Yuventus” 22-ci dəfə turnirin finalına yüksəlib - bu, çempionatda bütün komandalar arasında ən yaxşı nəticədir. “Roma” 16 finalla ikinci yeri tutur.
Turin klubu 14 dəfə İtaliya Kubokunun qalibi olub.
Qeyd edək ki, 2023/24 mövsümünün İtaliya Kubokunun finalı mayın 15-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
Çempionatda isə 33 turdan sonra “Yuventus” 64 xalla üçüncü pillədə qərarlaşıb. Onu erkən çempion olan “İnter” (86 xal) və “Milan” (69 xal) qabaqlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB