“Əsas məqsəd Azərbaycanda idman sahəsində kütləvilin artırılmasıdır” - GİN RƏSMİSİ

“Bakı şəhəri 2026-cı ildə dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb və bu proses qəbul olunub. Bundan öncə dünyanın idman paytaxtı kimi Abu Dabi, Madrid, Monako kimi şəhərlər seçilib. Paytaxtımıza səfər etmiş nümayəndələr burada idman üçün yaranan şəraitlə və idman aktivliyi ilə tanış olublar. Ümid edirik ki, Bakı dünyanın idman paytaxtı seçiləcək”. SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədli Milli Gimnastika Arenasında Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Əsas məqsəd kütləviliyin artırılması, idmanın daha çox yayılmasıdır. Bugünkü gündə peşəkar idmanla bağlı məlumatımız var. Amma istəyirik ki, hər bir azərbaycanlı bədən tərbiyəsi ilə məşğul olsun”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə