“Azərbaycanda idmana kütləvi dəstək göstərilir” - İsabelle Bonnal

“Bakı möhtəşəm şəhərdir. İdman insan həyatı üçün çox əhəmiyyətlidir və Azərbaycanda yüksək şəkildə təşkil olunur. Bunun təhsil və zehni baxımdan təsirini xüsusi qeyd etməliyik”. SİA xəbər verir ki, bu sözləri Monako Knyazlığının Təhsil, Gənclər və İdman Komissarı Ms. Isabelle BONNAL Milli Gimnastika Arenasında Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Xanım İsabelle xoş qarşılanma üçün təşəkkür edərək bildirib ki, Azərbaycan dövləti idmana kütləvi dəstək göstərir: “Müşahidə etdiyim qədərilə müxtəlif yaşlarda olan insanların idmanla məşğul olması çox gözəl haldır. Cüdonun təlim-məşq bazasına səfər etdim. Yaradılan şərait yüksək səviyyədədir. Eyni zamanda, gimnastika arenasında da yaradılan şərait kifayət qədər yaxşıdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə