“Arsenal” səfərdə qələbə qazandı

İngiltərə Premyer Liqasının 34-cü turunda “Vulverhempton” evdə “Arsenal”ı qəbul edib. SİA xəbər verir ki, qarşılaşmada qonaqlar üstün olublar - 0:2. İlk qolu “Arsenal”ın heyətində Leandro Trossard vurub. İkinci hissənin artırma dəqiqələrində isə Martin Edeqor oyunda yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, 74 xal toplayan “Arsenal” turnir cədvəlində birinci yerdədir.

“Vulverhempton” - “Arsenal”. 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə