Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq. SİA-nın məlumatına görə, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə