Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək. SİA-nın məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə