Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar - FOTO

Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan boksçuları Vətənə qayıdıblar. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

Milli komanda qitə birinciliyini iki qızıl medalla başa vurub. Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Ömər Aslanlı (54 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə