2025 və ya 2026-cı illərdə "Real Madrid"ə Xabi Alonso rəhbərlik edəcək..?

“Bayer”in baş məşqçisi Xabi Alonso 2025 və ya 2026-cı ildə “Real Madrid”ə keçməyi planlaşdırır. Bu səbəbdən Leverkuzenli çalışdırıcı "Liverpul" və "Bavariya"nın təkliflərini rədd edib.

“Real Madrid”in prezidenti Florentino Peres baskları hazırkı baş məşqçi Karlo Ançelottinin potensial varisi kimi görür. İtalyan ayrılmaq qərarına gəldikdə, Blancosun əsas hədəfi Xabi olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, son matçda Alonsonun komandası "Verder"i məğlub edərək (5:0) vaxtından əvvəl Bundesliqanın qalibi olub.

Leverekusen klubu tarixində ilk dəfə Almaniya çempionu olub, eyni zamanda "Bavariya"nın 11 illik hegemonluğunu qırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə