Kinqsli Koman karyerasında ilk dəfə çempion olmadı

Almaniya Bundesliqasında sona 5 tur qalmış “Bayer” çempionluğunu rəsmiləşdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanın karyerasında ilk yaşanıb.

Belə ki, Fransa millisinin üzvü peşəkar karyerasında birinci dəfə çıxış etdiyi ölkənin çempionu ola bilməyib.

Koman karyerasına 2012-2013 mövsümündə PSJ-də başlayıb və 17 yaşında Fransa çempionu olub. Daha sonra 11 mövsüm ərzində həmişə oynadığı ölkə çempionatının qalibi olub. 2015-2016 mövsümündə iki titul da əldə edib - İtaliya çempionu (“Yuventus”) və Almaniya çempionu (“Bavariya”).

Xatırladaq ki, 27 yaşlı Koman səkkizqat Almaniya çempionu, ikiqat Fransa çempionu və ikiqat İtaliya çempionudur.

Bütün xəbərlər Facebook səhifəmizdə