Ramil Şeydayev Türkiyədə qol vurdu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb. SİA xəbər verir ki, sözügedən komanda “Giresunspor”u qəbul edib. Oyun “Kocaelispor”un qələbəsiylə başa çatıb – 2:0.

Şeydayev oyuna start heyətdə başlayıb. O, 8-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, həm də onun “Kocaelispor”da birinci qolu olub. Şeydayev 16-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb. Forvard 79-cu dəqiqədə əvəzlənib. “Kocaelispor” 30 turdan sonra 52 xalla 4-cü sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə