“Latsio”dan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib

“Latsio”dan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib

Yayda İtaliyanın “Latsio” komandasından ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Luis Alberto mövsümün sonunda Roma təmsilçisini tərk edəcəyini açıqlayıb. 31 yaşlı ispaniyalı oyunçu bu barədə rəhbərliyə də məlumat verdiyini söyləyib.

Yarımmüdafiəçi bu mövsüm “Latsio”nun heyətində ümumilikdə 39 matçda, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə