“Olimpiakos” Xose Luis ilə müqavilıni uzatdı

Fənərbaxçanın UEFA Avropa Konfrans Liqası dörddəbir final mərhələsindəki rəqibi Yunanıstanın “Olimpiakos” komandası baş məşqçi Xose Luis Mendilibarla müqaviləni uzadıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Olimpiakos" klubu 63 yaşlı ispan məşqçi Mendilibarın müqaviləsinin 1 il müddətinə uzadıldığını açıqlayıb.

Qeyd edək ki, “Atletik Bilbao", "Osasuna", "Levante", "Eybar", "Alaves", "Sevilya" kimi komandalarda çalışan təcrübəli məşqçi fevralda "Olimpiakosu" komandasının başına keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə