"Yuventus" klub üçün ən yaxşı qərarı verəcək...

"Torino" ilə Turin derbisi öncəsi "Yuventus"un baş məşqçisi Massimilano Alleqriyə gələcək planları barədə sual verilib

...Hələlik yalnız məqsədlərimiz haqqında düşünməliyik. Çempionlar Liqasına vəsiqə qazanmaq bizim üçün əsas məqamdır. Gələcəyə gəlincə, klub “Yuventus” üçün ən yaxşı qərarı verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, “Football Italia” bunu Alleqridən sitat gətirir.

Yeri gəlmişkən, daha əvvəl "Yuventus" rəhbərliyinin "Bolonya"nın baş məşqçisi Tiaqo Mottanı dəvət etmək imkanını nəzərdən keçirdiyi bildirilmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə