Hücumçu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə ilk oyunda PSJ-nin start heyətində yer alıb. SİA xəbər verir ki, 25 yaş 112 gündə Mbappe Çempionlar Liqasında 70 matçda meydana çıxan ən gənc oyunçu olub. Bu barədə “Stats Foot” məlumat yayıb. Bundan əvvəl rekord Lionel Messiyə (25 il 121 gün) məxsus idi. O, "Barselona"da çıxış edərkən buna nail olub. Üçüncü sırada "Real"ın əfsanəsi Raul Qonzales (25 il 125 gün) qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB