Bədii gimnastlarımız Bolqarıstanda keçirilən Dünya Kubokunda iştirak edəcəklər - FOTO
Bədii gimnastika üzrə böyük gimnastlar - İlona Zeynalova və Mədinə Dəmirova aprelin 12-dən 14-dək Bolqarıstanın Sofiya şəhərində keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcəklər. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib. Bildirilib ki, yarışda məşqçi Nərmin Cahangirova və hakim Yevgeniya Vilyayeva da ölkəmizi təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB